Zaur Yaqubov: Artıq dünya brendlərinin üzərində Azərbaycanın da adı olacaq - VİDEO REPORTAJ

05
noy
2019
16:43
Artıq dünya brendlərinin üzərində Azərbaycanın da adı olacaq. Azərbaycan sənaye Koorporasiyasından yaxşı xəbərlərimiz var. Ölkənin istehsal sənayesində böyük uğura nail olunub. Belə ki, Azərbaycan sənaye koorporasiyasının tərkibində fəaliyyət göstərən və tam texnoloji tələblərə cavab verən "ASK şüşə" qlobal istehsal prosesinə qoşularaq dünyanın məşhur brendi ilə müqavilə bağlayıb.Zaur Yaqubov- ASK şüşə zavodunun rəhbəriİndi isə gəlin Dünya brendi ilə əməkdaşlığa başlayan zavodda işin gedişi və məhsulun hazırlanması prosesinin necə aparılması isə yaxından tanış olaq.İş ilk olaraq tərkib sexindən başlayır, xaricdən gələn xammal bura gətirilir. Burada xammallar qarışdırıldıqdan sonra şıxda hazırlanır. Konveyr vasitəsi ilə regenerativ tipli sobaya göndərilir. Və ərimə başlayır. Ərimiş məhsul formalaşdırıcı maşına ötürülür, sonra tablama sobasına daxil olur.Sonrakı mərhələdə texniki nəzarət şöbəsi tərəfindən yoxlanılır. Sonuncu mərhələdə isə tam texniki baxışdan keçdikdən sonra qablaşdıriciya ötürülür. Görülən işlərin bir uğurlu nəticəsi var. Artıq dünya brendlərinin üzərində Azərbaycan sənaye Korporasiyasının möhürünü görə biləcəyik.Sail Ağasəlim, Elgün Hümbətov, BAKU TV.
Oxşar xəbərlər
Bakıda istirahət mərkəzində kütləvi dava düşdü
Bakının Xəzər rayonunda kütləvi dava zamanı bir nəfər xəsarət alıb.BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu barədə Xəzər Rayon Polis İdarəsindən məlumat veri...