"Kənd təsərrüfatı sahəsində tədbirlər bu il də davam edəcək. Məqsədimiz odur ki, ölkəmizi bütün növ kənd təsərrüfatı məhsulları ilə daxili istehsalat hesabına təmin edək. Əsas gücü bizdə olmayan məhsulların istehsalı sahəsinə yönəltməliyik".

BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Nazir müavini bildirib ki, taxılçılıqla məşğul olan iri fermer təsərrüfatlarının yaradılması ilə bağlı ciddi işlər gedir: "Aqrotexniki tədbirlərin həyata keçirilməsi, taxılın keyfiyyətinin yaxşılaşdırılması istiqamətində də tədbirlər görülür".

O, subsidiyaların artırılmasının hələlik nəzərdə tutulmadığını bildirib.

BAKU.WS