SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın "Crocus Group" developer holdinqi "Jara" brendi ilə energetik içkilərin satışına başlayıb.

Virtualaz.org "Kommersant"a istinadən xəbər verir ki, azərbaycanlı milyarder Araz Ağalarovun və oğlu Emin Ağalarovun şirkəti bu içkilərin istehsalını Almaniyanın "Darguner Brauerei GmbH" pivə şirkətinə sifariş verib. İçkilərin Rusiyaya idxalçısı "Crocus Group" şirkətidir.

Şirkətdən deyiblər ki, içkilərin satışı test rejimində yanvarın sonlarından başlayıb. Hələlik "Crocus Group"a məxsus "Tvoy dom" hipermarketlər şəbəkəsində satılır. Lakin yaın gələcəkdə bu içkiləri Rusiyanın digər regionlarına və yaxın xaricə də satmaq planlaşdırılır.

Şirkət marketinq xərcləri də daxil olmaqla bu il layihəyə 3 milyon dollar xərcləyib. Bildirilir ki, istehsal xətti genişləndiriləcək və "Jara"nın daha iki çevişi buraxılacaq. "Jara" Emin Ağalarovun Bakıda hər il yayda təşkil etdiyi musiqi festivalının adıdır.

BAKU.WS