VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Huawei şirkəti 2018-ci ilin oktyabrında ilk dəfə olaraq ictimaiyyətə təqdim etdiyi Mate 20 Pro flaqman modelini bir çox smartfon modellərindən üstün edən cəhətlər təkcə texniki parametrlərlə bitmir.


Burada smartfonun erqonomik dizaynı, ölçüləri, istifadəçi üçün rahatlığı da öz sözünü deyir.

Mate 20 Pro istifadəçiyə təqdim etdiyi texniki imkanlara görə doğurdan da smartfon bazarında inqilabdır. Belə ki, matriks kamera sistemi, xüsusilə də Leica Ultra Geniş Bucaq Obyetkivləri istifadəçilərə foto və video çəkilişlərdə yeni imkanlar verir. Smartfonun matriks kamera sistemində süni intellekt texnologiyasından istifadə çəkilişlər zamanı hər hansı ərazinin çəkilişində genişlik effekti yaradır.

Smartfonun digər texniki imkanları sırasında əvvəlki model Huawei Mate 20-də olan 4000 mAh enerji blokunun gücü ilə müqayisədə Huawei Mate 20 Pro-da istifadə olunan və 4200 mAh gücə sahib enerji blokunu misal gətirmək olar. Bu güc imkan verir ki, enerji bloku enerjini daha çox saxlasın və 40 W Huawei SuperCharge özəlliyi ilə telefon təhlükəsiz və qısa zaman ərzində enerji ilə dolsun.

Şirkətin mühəndislərinin istifadə etdiyi sürətli enerji doldurulması texnologiyası imkan verir ki, Huawei Mate 20 Pro hətta 30 dəqiqə ərzində 70% enerji ilə dolsun.

Qeyd edək ki, Huawei Mate 20 Pro modeli “DxO Mark” şirkətinin mütəxəssisləri tərəfindən sınaqdan keçirilib və “Android” sisteminin idarəetməsi altında işləyən smartfonların üçlüyündə yer alıb.

Huawei şirkəti 1987-ci ildə təsis edilib və hazırda dünya üzrə qabaqcıl informasiya və kommunikasiya texnologiyaları həlləri provayderidir. Şirkət iri telekommunikasiya şirkətləri, müəssisələri və istehlakçıları son nəsil və rəqabətədavamlı İKT həllər, məhsullar və xidmətlərlə təmin edir.

Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat:

https://www.facebook.com/HuaweimobileAZ/
https://www.instagram.com/huaweimobileaz/
https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A