Dünya nəhəngi şokda! Birjaları alt-üst edən qərar
06
dek
2018
11:22
"Huawei" şirkətinin sahibi, Ren Zenqfeinin qızı və şirkətin rəsmi nümayəndəsi Menq Vanzhou ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğu üçün həbs olunub. BAKU.WS-in xarici KİV-ə istinadla verdiyi məlumata görə, Menq Kanadada saxlanılıb. Kanadanın rəsmiləri bu qərarın ABŞ rəhbərliyinin tələbi ilə qəbul edildiyi açıqlanıb. ABŞ Ədliyyə Nazirliyi aprel ayında Çin smartfon istehsalçısına və telekommunikasiya nəhəngi "Huawei"yə İrana qarşı sanksiyaları pozduğu üçün araşdırmalara başlayıb. Bu qərarın ABŞ və Çin arasındakı ticari əlaqəyə mənfi təsir edəcəyi güman edilir.Məlumatın yayılmasından sonra Asiya birjaları böyük itkilərə məruz qalıb. ŞahinBAKU.WS
Oxşar xəbərlər
Qalmaqal böyüyür: Avropa İttifaqı Trampın sanksiyasını saymadı
Bu gündən etibarən Avropa İttifaqı Avropa şirkətlərini ABŞ-ın İrana qarşı sanksiyalarından qoruyacaq.BAKU.WS sputnik.az-a istinadən xəbər verir ki, Avropa İttif...