SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vergi orqanları qarşısında qoyduğu mühüm vəzifələrin icrasını, vergi inzibatçılığının daha da təkmilləşdirilməsini, vergi orqanlarının daha səmərəli və şəffaf işləməsini, büdcəyə daha çox vəsait toplamasını təmin etmək məqsədilə vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun 24 dekabr 2015-ci il tarixli əmri ilə Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamenti yaradılıb.
 
Nazirliyin Analitik-informasiya departamentindən BAKU.WS-ə verilən məlumata görə, yeni yaradılmış strukturun ştat tərkibi Bakı Vergilər Departamentinin işçiləri hesabına formalaşdırılıb.

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisinin 1-ci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Zaur Fətizadə 1 saylı Vergilər Departamentinin rəisi vəzifəsinə təyin olunub.
 
Şahin Həbibov
BAKU.WS