SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda dollar bahalaşmaqda davam edir. 

BAKU.WS-in məlumatına görə, ABŞ dolları manat qarşısında səhər saatlarından etibarən möhkəmlənməyə başlayıb. Mərkəzi Bankın səhər saatlarında açıqladığı məzənnə (1,5523 AZN) cuzi artaraq 1,5537 AZN-ə çatıb. 

Avropanın vahid valyutasının məzənnəsində də dəyişiklik qeydə alınıb. Avro 1,6978-dən 1,6958 AZN-ə geriləyib. 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Eyni zamanda, banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək.

Şahin Həbibov
BAKU.WS