SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Mərkəzi Bankın son açıqlaması üçüncü devalvasiyayadan xəbər verir. Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin son açıqlamasına görə, manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verilməyəcək. AMB bundan sonra artıq bazara auksionlar vasitəsilə müəyyən məbləğdə valyuta təklif edəcək və tələb, təklif və qiymət proporsiyasının necə formalaşdığına baxacaq".
 
BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı Qubad İbadoğlu söyləyib. Mütəxəssis bildirir ki, bu açıqlama AMB-in yenə də valyuta ehtiyatlarını bazarda xərcləmək kimi sonu olmayan və problemin tam həllinə təsiri azalan bir yol seçdiyini göstərir: "Deyilənlərdən belə məlum olur ki, hələ yaxın günlərdə yeni valyuta rejimində eksperiment keçirib, tələb və təklifin əsasında qiymətin müəyyənləşməsini müışahidə edəcək və lazım gələndə də bazara müdaxilə edəcək. AMB-nin seçdiyi yol Qazaxıstan Mərkəzi Bankının (QMB) seçdiyi yoldan fərqli deyildir. Lakin, QMB həm zaman və həm iqtisadiyyatın strukturu baxımından daha əlverişli məqamlarda qərarlar qəbul edib. Onlar ilk devalvasiya qərarın təxminən 2 il bundan əvvəl, dünya bazarında neftin qiyməti yüksək olanda verdilər. Eyni zamanda Qazaxıstanda iqtisadiyyat daha çox şaxələnib, orda bizim kimi valyuta yalnız neft satışından əldə olunmur. Odur ki, qazaxları gecikmələrlə "yamsılamağa" dəymir".
 
İqtisadçının fikrincə, AMB milli iqtisadiyyatın hazırkı durumuna və perspektivlərinə əsaslanan valyuta siyasəti qurmalı, qonşu ölkələrin buraxdığı səhvləri təkrarlamamalıdır: "Əks tədqirdə çox qısa müddətdən sonra biz yeni və daha çətin devalvasiya təhlükəsi ilə qarşılaşa bilərik".
 
Şahin Həbibov
BAKU.WS