VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Respublikası Mərkəzi Bankı dollarla bağlı söz-söhbətlərə aydınlıq gətirib.
 
AMB-nin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ABŞ-ın Federal Ehtiyatlar Sistemi tərəfindən ABŞ dollarının uçot dərəcəsinin artırılması ilə bağlı qəbul edilən qərarın manatın ABŞ dollarına qarşı məzənnəsinə təsiri ilə bağlı Mərkəzi Bank tərəfindən hər hansı rəsmi açıqlama verilməyib.
 
Manatın ABŞ dollarına qarşı məzənnəsi sabit dinamikada davam edir.
 
Qeyd edək ki, FED-in ötən gün gücə qəbul etdiyi qərara əsasən uçot dərəcəsi 0,25% artırılıb.
 
Şahin Həbibov
BAKU.WS