SİZİN REKLAM BURADA!
055 213 76 73



“Türkiyədə Azərbaycan Prezidenti İlham Əliyevin ideyası və SOCAR-ın təşkilatçılığı ilə son dərəcə uğurlu layihə həyata keçirilib. Bu, STAR Neft Emalı Zavodunun açılmasıdır. Bu layihə bir daha Azərbaycan və Türkiyə qardaşlığının ifadəsi kimi tarixə düşdü”.

BAKU.WS
 report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib.


Deputat vurğulayıb ki, bu layihə həm Türkiyəyə, həm də Azərbaycana ciddi iqtisadi və maliyyə dividendləri gətirəcək:


“Layihə iki ölkə arasında münasibətlərin bundan sonra daha ciddi inkişafında mühüm rol oynayacaq. Azərbaycanda neft strategiyası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.


BAKU.WS