VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

Mərkəzi Bankdan BAKU.WS-ə verilən məlumata görə, hərracda tələb 318,0 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,30% təşkil edib.

Bununla da depozit hərracında tələb təklifi 27,2% üstələyib. Bugünkü depozit hərracında 250 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

Qeyd edək ki, cari ildən bankların depozit hərracına maraqları azalıb.

BAKU.WS