Banklar indi də manat qıtlığından əziyyət çəkir
Azərbaycan Mərkəzi Bankı (AMB) indiyə qədər keçirdiyi depozit hərraclarında kommersiya banklarından 555 mln. manat vəsait cəlb edib. Qurumun açıqladığı məlumatlar göstərir ki, bankların depozit hərraclarına marağı getdikcə azalır. Belə ki, sentyabrda cəlb olunmuş vəsaitlərin məbləği 109 mln. manat təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə 19,3% azdır.
Avqustda isə AMB depozit hərraclarından 135 mln. manat cəlb edə bilib ki, bu da iyul ayına nisbətən 25,8% azdır. Xatırladaq ki, iyul ayı üzrə göstərici 135 mln. manat olub. AMB-nin iyunda keçirdiyi ilk və yeganə depozit hərracı isə quruma 129 mln. manat vəsait gətirib.
Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik-ə açıqlamasında deyib ki, depozit hərraclarının keçirilməsinin əsas məqsədi, məhz dövriyyədə olan manat kütləsinin müəyyən qədər məhdudlaşdırılması yolu ilə hazırda milli valyutaya olan təzyiqin azaldılmasıdır:
"Çünki, dövriyədə nə qədər çox manat kütləsi varsa, müəyyən dövr ərzində əlavə xarici valyuta tələbi formalaşdırır. Tələbin artması da öz növbəsində manatın məzənnəsinə mənfi təsir göstərir. Məhz Mərkəzi Bankın qəbul etdiyi qərar və son 3 ayda depozitlərin cəlbi ilə bağlı həyata keçirdiyi əməliyyatlar bu məqsədi güdür".
Bankların depozit hərraclarına marağının azalmasına gəlincə, ekspert deyib ki, faktiki olaraq bankların əlində olan manat kütləsi kifayət qədər məhduddur: "Hazırda məhz bu səbəbdən də bankların hərraclara marağı azalıb. Çünki, hərraclarda faiz dərəcəsində artım müşahidə olunur, faiz dərəcəsi yüksəlir. Belə bir şəraitdə əslində cəlb olunan vəsaitlərin həcmində artım olmalıdır. Amma əks proses baş verir. Çünki, banklar faktiki olaraq manat qıtlığı yaşamaqdadır".
Ekspertə görə, bu, özünü son keçirilən valyuta hərraclarında göstərib: "Çox böyük ajiotajdan sonra sentyabrın 8-də valyuta hərraclarında təklif edilən 300 milyon kifayət etdi ki, növbəti hərraclarda təklif edilən valyutalar banklar tərəfindən alınmasın. Bu isə o deməkdir ki, bankların manatla vəsaitlərinin həcmi kifayət qədər məhduddur. Bu baxımdan da eyni zamanda, depozit hərraclarına olan tələb nisbətən azalıb".
BAKU.WSOxşar xəbərlər
Dollar krediti olanlara pis xəbər: banklar manatla ödənişdən imtina edir
"Mərkəzi Bankın təqsiri ucbatından yaranmış dollar qıtlığı dollar kreditlərinin ödənilməsində də problemlər yaradıb. Belə ki, son müraciətlərə əsasən bəzi bankl...