Dollarla bağlı hərracda tələb təklifi 27,2% üstələdi

Dollarla bağlı hərracda tələb təklifi 27,2% üstələdi
İqtisadiyyat 685
Bu gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.Mərkəzi Bankdan BAKU.WS-ə verilən məlumata görə, hərracda tələb 318,0 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,30% təşkil edib.Bununla da depozit hərracında tələb təklifi 27,2% üstələyib. Bugünkü depozit hərracında 250 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.Qeyd edək ki, cari ildən bankların depozit hərracına maraqları azalıb.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər