VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 2018-ci ildə qazma işlərinin aparılması üçün ən azı 100 mln. manat həcmində vəsait ayrılacaq.

"Report"un verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov bildirib.

"Qazma işləri üçün bu il SOCAR-a 100 mln. manat ayrılıb. Növbəti ildə də bundan az olmayan məbləğdə vəsait ayrılması nəzərdə tutulur", - deyə nazir əlavə edib.

Bundan başqa, S.Şərifov bildirib ki, növbəti ildə 4 regionda məişət tullantılarının idarə edilməsi layihəsinin həyata keçirilməsinə başlanacaq. Eyni zamanda Bakı şəhərinin də 2 rayonunda tullantı idarəetmə mərkəzlərinin yaradılması nəzərdə tutulur.

BAKU.WS