VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən ay Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə yeni sazişin imzalanması və burada Azərbaycan üçün daha əlverişli şəraitin yaradılması ölkə iqtisadiyyatının gücünü bir daha nümayiş etdirir.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bu gün Bakıda işə başlayan "Argus" beynəlxalq neft sammitinin açılışında çıxışı zamanı qeyd edib.

O bidlirib ki, "AÇG" üzrə 1994-cü ildə saziş imzalananda bu blokun ehtiyatları 510 mln. ton həcmində qiymtləndirilirdi: "1997-ci ldən, yəni 20 ildir ki, yataqlar blokundan hasilat həyata keçirilir. Buradan 550 mln. tondan atıq çıxarılmayan neft ehtiyaları olduğu da müəyyənləşib".

SOCAR prezidenti Azərbayan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizi layihəsindən də danışaraq qeyd edib ki, layihənin bütün seqmentləri üzrə işlər qrafikə uyğun davam edir: "TANAP-la 2018-ci ildə Türkiyəyə, TAP-la 2020-ci ilin əvvəlində Avropaya Azərbaycan qazı nəql olunacaq".

BAKU.WS