SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanda bank kartlarına göstərilən xidmət dayandırılıb.
 
BAKU.WS-in haqqın.az saytına istinadla verdiyi məlumata görə, bu gün saat 14:30-dan 15:30-a qədər Azericard mərkəzinin prosessinq xidmətləri qismən məhdudlaşdırılacaq. 

Məlumatına görə, fəaliyyətin müvəqqəti məhdudiyyəti sistemdə aparılan texniki işlərlə bağlıdır. 

Bildirilir ki, göstərilən vaxt ərzində rejimdə plastik kartlarla onlayn əməliyyatların həyata keçirilməsi dayandırılacaq.

Qeyd edək ki, Azericard prosessinq mərkəzi 31 bank təşkilatına xidmət göstərir. 
 
BAKU.WS