VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Macarıstanın "WizzAir" aviaşirkəti 2016-cı ilin mart ayından etibarən "Bakı-Budapeşt" reysinə həyata keçirməyə başlayacaq". 
 
BAKU.WS-in Trend-ə istinadla verdiyi məlumata görə, bu barədə "Azərbaycan hava yolları" Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Arif Məmmədov söyləyib. 

Onun sözlərinə görə, Macarıstanın aviaşirkəti ilə müqavilə 28 oktyabrda imzalanacaq.
 
Qeyd edək ki, "WizzAir" Macarıstanın ucuzqiymətli hava yolları şirkətidir. Əsas qərargahı Budapeştdə List Ferenç Hava Limanında yerləşir. Hava yolları Avropa və Orta Şərqdə daha çox ikinci hava limanlarına üstünlük verir. Macarıstan hava yolları şirkətlərinin içində ən çox donanmaya sahib olan hava yollarıdır.
 
BAKU.WS