VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan Mərkəzi Bankı (AMB) ötən il ərzində çap şirkətindən 9 mln. 432 min manat məbləğində yeni pul nişanları təhvil alıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə "PricewaterhouseCoopers Azerbaijan" şirkəti tərəfindən aparılan audit hesabatında qeyd edilib.

Məlumata görə, AMB 2016-cı ildə 702,666 mln. manat məbləğində pul nişanlarını məhv edib.

Xatırladaq ki, 2015-ci ildə AMB 790,191 mln. manat məbləğində yeni pul nişanları təhvil alıb, 1 mlrd. 752,022 mln. manat məbləğində pul nişanlarını məhv edib.
 
BAKU.WS