SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyanın Hava Nəqliyyatı üzrə Federal Agentliyi Yekaterinburq şəhərindən Lənkərana aviareyslərin yerinə yetirilməsinə icazə verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, uçuşları "Severnıy veter” (Şimal küləyi) aviaşirkəti yerinə yetirəcək. Bildirilir ki, aviaşirkət həftədə 3 dəfə Lənkərana uçacaq.

Bundan başqa, şirkət Moskva və Sankt-Peterburq şəhərindən də Lənkərana uçuşlar yerinə yetirmək niyyətindədir.

Qeyd edək ki, hazırda Yekaterinburqun "Koltsovo” hava limanından Bakıya birbaşa aviareys mövcuddur. Aviareysi "Uralskiye pelmeni” aviaşirkəti yerinə yetirir.

BAKU.WS