Rusiyadan Bakıya 26 manata aviareyslər açıldı
Rusiyanın "Pobeda” aviaşirkəti (loukoster) Rostov-Don şəhərindən yeni beynəlxalq reyslər üzrə - Bakı (Azərbaycan) və Tbilisiyə (Gürcüstan) biletlərin satışına başlayıb.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkət yeni marşrutlar üzrə qış cədvəli üzrə biletlərin 30%-ni minimal tariflə - 999 rubla (təxminən 26 manat) təklif edilib.
Bu məbləğə bütün rüsum və yığımlar daxildir.
Qeyd edilir ki, "Pobeda”nın təyyarələri Rostov hava limanından Bakıya oktyabrın 30-dan etibarən həftədə 4 dəfə, Tbilisiyə isə 1 noyabr tarixindən həftədə 3 dəfə uçuşlar həyata keçirəcək.
Aviaşirkət payızda Həştərxan, Volqoqrad, Vladiqafqaz və Nalçikə də reyslərə başlayır, Sankt-Peterburqdan uçuşların sayını isə iki dəfə artırmağı planlaşdırır. Bundan başqa, Yekaterinburqdan Krasnoyarsk və Novosibirska da reyslər açılacaq.
Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке
Aysel.Ş
BAKU.WS
Oxşar xəbərlər
Sankt-Peterburqdan Lənkərana reys açılır
Rusiyanın "UTair" avaişirkəti yaz-yay dövrü üçün Sankt-Peterburqun "Pulkovo" hava limanından həyata keçiriləcək uçuşların siyahısını yeniləyib. "Report" aviaşi...