Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığı genişləndirir - FOTO
Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığın inkişafı barədə müzakirə aparıblar.
BAKU.WS-in İqtisadiyyat nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə nazir müavini Səməd Bəşirli Özbəkistanın “Uzeltexsanoat” Assosiasiyasının İdarə Heyətinin sədri Mirziyod Yunusov və “Artel” və “AKFA” şirkətlərinin nümayəndələri ilə keçirilən görüşdə bildirilib.
Görüşdə Azərbaycan-Özbəkistan tərəfdaşlığının və iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, ölkələr arasında ticarət dövriyyəsi artır, qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlıq genişlənir. Bununla belə, tərəfdaşlığın gücləndirilməsi üçün böyük imkanlar var.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın biznes və investisiya imkanları Çində nümayiş olunub - FOTO
Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisi (CIFTIS) çərçivəsində “Çində İnvestisiya İli: Xidmət sənayesinin xüsusi təşviqinin genişləndirilməsi konfransı” keçiri...