İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində fikir mübadiləsi aparıb - FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun idarəedici direktoru Mirek Duşeklə “COP29 çərçivəsində potensial tərəfdaşlıq məsələləri” ətrafında fikir mübadiləsi aparıb.
Bu barədə nazir “X” hesabında bildirib.
“Səudiyyə Ərəbistanı Krallığına səfərimiz zamanı Dünya İqtisadi Forumunun idarəedici direktoru Mirek Duşek ilə görüşdük. Ölkəmizin qlobal iqtisadi çağırışların həllində fəal mövqeyi, aşağı karbonlu biznes həllərinin tətbiqi, COP29 çərçivəsində potensial tərəfdaşlıq məsələləri, əlverişli işgüzar mühit, özəl sektorun inkişaf trendləri barədə danışdıq”, - o yazıb.
Oxşar xəbərlər
Azərbaycan və Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrin inkişafını müzakirə ediblər - YENİLƏNİB + FOTO
İqtisadiyyat Nazirliyində Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə keçirilən görüşdə iqtisadi əlaqələrin dayanıqlı inkişafını təmin edən təşəbbüslər, investi...