SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ Energetika Nazirliyi "OPEC+" ölkələrinin hasilat məhdudiyyətlərinin uzadılması səbəbindən həm 2024, həm də 2025-ci illər üçün "Brent" markalı neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırıb.

Trend-in məlumatına görə, bu barədə nazirliyin Enerji İnformasiya Administrasiyasının yeni hesabatında bildirilib.

Həsabata əsasən, 2024-cü ildə "Brent" markalı neftin qiyməti ilə bağlı proqnoz 82,42 dollar/bareldən 87 dollar/barelə qədər qaldırılıb.

2025-ci ildə neftin qiyməti ilə bağlı proqnoz 79,48 dollar/bareldən $84,8/barelə qədər qaldırılıb.

“Biz 2024-cü ildə daha sıx neft bazarı balansının "Brent" markalı neftinin qiymətlərini 2024-cü ilin 2-ci rübündə orta hesabla 88 dollar/barel təşkil edərək cari səviyyələrdən yuxarı saxlayacağını gözləyirik ki, bu da keçən ayın hesabatından 4 dollar/barel çoxdur", - deyə bildirilib.

BAKU.WS