SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Rusiyanın “Tatneft” Publik Səhmdar Cəmiyyəti (PSC) arasında neft-kimya sahəsində qarşılıqlı fəaliyyətə dair Saziş və neft yatağında birgə işlərə dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə BAKU.WS-ə SOCAR-dan bildirilib.

Belə ki, SOCAR-ın prezidenti Rövşən Nəcəf Rusiyaya səfəri çərçivəsində “Tatneft” PSC-nin baş direktoru Nail Maqanov ilə görüşüb.

Görüşdə iki şirkət arasında insan kapitalının inkişaf etdirilməsi və bu istiqamət üzrə perspekiv birgə hədəflər barədə müzakirələr aparılıb.

Nümayəndə heyəti səfər zamanı “TANEKO” neft emalı və neft-kimya zavodu kompleksində, habelə “Tatneft” PSC-nin digər müəssisələrində olub, istehsalat prosesi ilə tanış olublar.

BAKU.WS
QALEREYA