Azərbaycan Prezidenti: Gələn il “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

01
mar
2024
11:50
Növbəti ilin birinci rübündə dərinsulu “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir.
BAKU.WS xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib.
“Azəri-Çıraq-Günəşli”nin uzun müddət neft ixracımızın əsas mənbəyi olduğunu söyləyən dövlətimizin başçısı deyib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, bizim qaz təchizatımıza əlavə mənbə olacaq.
Oxşar xəbərlər
“Yaşıl əjdaha” ilindən yola saldığımız ilin “yaşıl enerji” siyasətinə ötəri baxış
Artıq yeni 2024-cü - “yaşıl əjdaha” ilinə qədəm qoyduq. Yola saldığımız 2023-cü il enerji sahəsində, xüsusilə də “yaşıl enerji” sahəsində bir çox mühüm hadisələ...
