SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Norveçin "Storebrand” bankı müştərilərə test rejimində borc faizini qadağan edən şəriət normalarına uyğun kreditləşdirmə təklif etməyə başlayıb.

Norveç KİV-lərinin yaydığı məlumata görə, bu yolla bank yeni müştərilər cəlb etmək istəyir.

Artıq bank özünün maliyyə marağı olmadan evdə maliyyələşdirmə üçün "etik kreditlərin” təşviq edilməsindən ötrü yeni sayt yaradıb. Yeni sistem üzərində işə belə kreditləşdirmə sisteminin fəaliyyət göstərdiyi başqa ölkələrdən mütəxəssislər cəlb olunub. Bankın yeni saytında deyilir: "Biz gənclərə, ali məktəbləri yeni bitirmiş məzunlara, yaxud bank ilə dini problemlər səbəbindən mənzil üçün normal kredit ala bilməyən adamlara müraciət edirik”.

"Storebrand” bankından bildiriblər ki, faizsiz kredit üçün çox vaxt mənzil almaq istəyən, amma öz etiqadına görə ənənəvi krediti qəbul edə bilməyən müsəlmanlar müraciət edirlər. Belə ki, İslam maliyyə kreditləri üzrə faiz və rüsum alınmasını qadağan edir.

Beləliklə, indi Norveç müsəlmanları İslam dininin qaydalarını pozmadan ipoteka kreditləri götürə biləcəklər. Test rejiminin tətbiq edildiyi təkcə bir həftə ərzində bu cür kreditlər almaq üçün banka təqribən 300 adam müraciət edib.

"Storebrand” bankının nümayəndələri qeyd edirlər ki, yeniliklə əlaqədar bəzi müştərilərindən mənfi rəylər də alıblar. Onlar müsəlmanlara faizsiz kreditlər verildiyi üçün bankla əməkdaşlığı dayandırıblar.
 
AzərTAc
BAKU.WS