Azərbaycan Mərkəzi Bankı süni intellektdən istifadə edəcək

Azərbaycan Mərkəzi Bankı süni intellektdən istifadə edəcək
İqtisadiyyat 8

Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü ildə qarşısına qoyduğu hədəflərdən biri analitik təhlillər və iqtisadi modellərdə süni intellektin istifadəsini nəzərdən keçirməklə makroiqtisadi proqnozvermə qabiliyyətinin təkmilləşdirilməsidir.

Bu barədə AMB-nin 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

“Əsas məqsəd pul siyasəti qərarlarını nəzəri və ekonometrik cəhətdən adekvat modellərin nəticələrini nəzərə almaqla qəbul etməkdir. Model aparatı yerli və xarici ekspertlərin makroiqtisadiyyat və kəmiyyət metodları üzrə son elmi araşdırmaları, mərkəzi bankların qabaqcıl təcrübələri əsasında təkmilləşdiriləcək. Alternativ statik göstəricilər genişləndiriləcək, makroiqtisadi məlumatlardan təşkil olunmuş irihəcmli verilənlər bazasının formalaşdırılması davam etdiriləcək”, - deyə Bəyanatda qeyd olunub.

Oxşar xəbərlər

Vüsal Qasımlı: “Azərbaycan hökuməti inflyasiyanı optimal həddə endirəcək” - MÜSAHİBƏ + FOTO

Vüsal Qasımlı: “Azərbaycan hökuməti inflyasiyanı optimal həddə endirəcək” - MÜSAHİBƏ + FOTO

Hazırda qlobal iqtisadi artımın yavaşıması fonunda yüksək inflyasiya çağırışı dünya iqtisadiyyatının bir hissəsi olan Azərbaycandan da yan keçməyib. Buna baxmay...

40 İqtisadiyyat 14:33 18 iyul 2023

Son xəbərlər