Mikayıl Cabbarov Rövşən Nəcəflə birgə Türkmənistan Nazirlər Kabinetinin sədr müavini ilə görüşdü - FOTO

“Türkmənistana işgüzar səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə bu ölkənin Nazirlər Kabinetinin sədr müavini Batır Amanov və həmkarları ilə görüşdə ölkələrimizin energetika sahəsində tərəfdaşlığının gündəliyində olan məsələləri müzakirə etdik”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə platformasındakı paylaşımında bildirib.
“Enerji mübadiləsi üzrə əməkdaşlığın mövcud vəziyyəti, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı və Türkmənistan yataqlarında SOCAR-ın iştirak imkanları müzakirə edildi”, - deyə Mikayıl Cabbarov qeyd edib.

Oxşar xəbərlər
Azərbaycan və Türkmənistan arasında inkişaf imkanları olan sahələr açıqlanıb - FOTO
Azərbaycan və Türkmənistan arasında energetika, nəqliyyat, investisiya, ticarət, kənd təsərrüfatı, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı imka...
