"Yeni Həyat" MMC-nin başlanması ilə bağlı yayılan xəbərlər Azərbaycanın xəbər məkanında və tikinti sektorunda şok effekti yaradıb. "Yeni Həyat Şirkətlər Qrupu”na aid simvol layihələrin şəkillər ilə yayılan məlumatda bildirilirdi ki, "Yeni Həyat" MMC ləğv olunduğunu elan edib.


Mövzuya aid ilk təkzib "Yeni Həyat Şirkətlər Qrupu”-nun İctimaiyyətlə Əlaqələr Şöbəsindən gəlib. Şöbədən verilən açıqlamada yazılıb ki, "Yeni Həyat " MMC-nin "Yeni Həyat Şirkətlər Qrupu”-na heç bir aidiyyatı yoxdur.

BAKU.WS- xəbər verir ki, şirkətdən oxu.az-a verilən məlumatda bildirilir ki, "Yeni Həyat " MMC və "Yeni Həyat Şirkətlər Qrupu” MMC-ni ad oxşarlığından başqa hər hansı hüquqi və faktiki əsaslar bağlamır.

Şirkət rəsmisi deyib ki, baş verən xoşa gəlməz hadisə ilə bağlı 6 avqustda xüsusi press-reliz yayılacaq.
 
BAKU.WS