Mikayıl Cabbarov: "Zəngilan" tankeri neft-qaz layihələrinin uğurla icrasına mühüm töhfədir" - FOTO

"Zəngilan" tankerinin inşası Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həyata keçirilməsinə, neft-qaz layihələrinin uğurla icrasına və yerli gəmi tikintisi sənayesinin inkişafına mühüm töhfədir.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tvitter hesabında yazıb.
Nazir qeyd edib ki, "Zəngilan" tankeri inşasının davam etdirilməsi məqsədilə suya salınıb:
"Texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilən sayca dördüncü neft tankeri və ikinci neft-kimyəvi məhsullar daşıyan tankerdir".
“Zəngilan” tankeri inşasının davam etdirilməsi məqsədilə suya salınıb. Texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilən sayca dördüncü neft tankeri və ikinci neft-kimyəvi məhsullar daşıyan #tanker-dir. Tankerin inşası #Azərbaycan… pic.twitter.com/2uWHMsZmRJ
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 18, 2023
Oxşar xəbərlər
Sofiyada Azərbaycan qazının tədarükünə dair memorandum imzalanıb - YENİLƏNİB - FOTO
Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət N...
