SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Dünyanın ən böyük üçüncü GSM operatoru olan və 20-dən çox ölkədə fəaliyyət göstərən İsveçin "TeliaSonera" şirkəti Orta Asiya bazarından çıxacağını açıqlayıb. 
 
BAKU.WS-in məlumatına görə, şirkət bundan sonra Avropa və İsveç bazarına diqqət yönəldəcəklərini bildirib. İsveçin nəhəng GSM operatorunun təsisçisi Yohan Dennelind sözügedən bazardan çıxmaq qərarı verməsi ilə bağlı keçirilən mətbuat konfransında danışıb. 
 
O bildirib ki, bu qərarı verməyin asan olmadığını ifadə edib. Şirkət rəhbərinin sözlərinə görə, Özbəkistan və Azərbaycandakı paylarının kimlərə satılacağı hələlik məlum deyil. 

Şirkətinin bu ilin ilk iki rübündə ümumi satış gəlirlərinin 21%-i Nepal, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Gürcüstan, Moldova və Tacikistan bazarından əldə olunan gəlirlər təşkil edib. "Orange" və "Vodafone"dan sonra dünyanın ən böyük üçüncü GSM operatoru olan "TeliaSonera" "Azercell"in səhmlərinin böyük bir hissəsinə sahibdir. 
 
Ötən gün yerli mətbuatda da "TeliaSonera" şirkətinin öz payını sataraq Azərbaycan bazarından çıxacağı xəbərləri yayılmışdı. Hətta Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) bu faktı təsdiq etmişdilər. Yayılan məlumatlar insanların ağlına "Azercell"in bağlanacağı suallarını gətirmişdi. Ancaq RYTN-nin Tənzimləmə şöbəsinin müdiri Əliyar Təmirov təsisçi şirkətin tərkibindən bir şirkətin gedişinin "Azercell" mobil operatorunun bağlanacağı anlamına gəlmədiyini bildirmişdi. 
 
ŞAHİN Həbibov
BAKU.WS