SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Mərkəzi Bank uçot stavkasını kəskin yüksəltməsi manatla yığımları artırmaq məqsədi daşıyır. 

 

 

BAKU.WS xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun fikrincə, bu milli valyuta ilə yığımlara daha çox dividend ödənişi deməkdir.
 
"Amma baş bank daha bahalı mərkəzləşdirilmiş kreditlər də təklif edəcək. Bu eyni zamanda qorunan əmanətlərdə sığortalanan faiz dərəcələrinin dəyişdirilməsini bir daha da aktuallaşdırıb. Dollar ilə cəmi 3, milli valyuatada yalnız 12 faizədək divident təklif edən əmanətlərin sığortalanması banklar müflis olan zaman qorunmayan əmanətlərin məbləğini artırmaqla yanaşı, onların geri ödənilməsini, praktik olaraq, mümkünsüz edir. Bu manatla yüksək faizli depozit saxlayanların faiz gəlirini artırmaqla yanaşı, onların qorunmasına və bank müflis olduğu halda batmasına deyil, geri qaytarılmasına gətirib çıxara bilər. İstehlak və mikro kreditlərin maksimum faiz dərəcələri uyğun olaraq 29 və 25 faiz olaraq məhdudlaşdırıldığı üçün bu təklifin qəbul edilməsi kredit faizlərinin yüksəlməsinə səbəb olmayacaq, sadəcə əhalinin daha çox əmanətlərinin dövlət tərəfindən qorunmasına imkan verəcək".
 
Qeyd edək ki, Mərkəzi Bank uçot stavkasını 9.5 faizdən 15 faizə yüksəldib. Son 10 ildə 15 faizlik stavka yalnız bir dəfə 2008-ci ilin iyununda qeydə alınmışdı. Amma cəmi 4 aydan sonra Mərkəzi Bank həmin dərəcəni yenidən 3 faiz bənd aşağı salmışdı.

BAKU.WS