SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Banklardan dollar almaq çətinləşdikcə, "qara bazar”da qiymət sürətlə bahalaşır.

BAKU.WS Fins.Az-a istinadən xəbər verir ki, hazırda Bakıda "qara bazar”da bir dolların satış kursu 1,73-1,75 manat arasında dəyişir. 

Həmçinin dollar satışı ilə məşğul olanların sırası da daralır və onlar ancaq etibar etdikləri, tanıdıqları şəxslərlə "bazarlıq” edirlər. Gəncə şəhərində isə "qara bazar”da 1 dollar 1,72-1,73  manata satılır. Əvvəllər bu bazarda valyuta əməliyyatları limitsiz olsa da, indi əksəriyyəti 500-1000 dollar civarında satış həyata keçirirlər.

Qeyd edək ki, 31.08.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6321 səviyyəsində müəyyən olunub. 
 
BAKU.WS