SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda balın qiyməti fantastik dərəcədə artıb.

BAKU.WS Qaynarinfo-ya istinadla xəbər verir ki, əvvəllər balın bir kiloqramının qiyməti 25-35 manat arasında satılırdısa, indi Bakı bazarlarında balın bir kiloqramı 50-60 manat arasında satılır.

Satıcılar bunun səbəbini işğaldan azad olunan ərazilərdən gətirilən balla əlaqələndiriblər.

“Hazırda Kəlbəcər və Laçın yaylaqlarında bal saxlanılır. Kiçik sahibkarlar bizə həmin balın kiloqramını 50 manata verir. Kəlbəcər və Laçın yaylaqlarından gətirilən balları alıcılar üç kiloqramlıq bankalarla alır. Üç kiloqramlıq bankalarda isə bal 4 kiloqramdan çoxdur. Onun qiyməti isə 225 manatdır. Biz də bunun üstünə bəzən 5-10 manat əlavə edə bilərik. Amma digər rayonlardan gətirilən ballar 30-35 manat arasında satılır”, - deyə satıcılar əlavə edib.

BAKU.WS