SİZİN REKLAM BURADA!
055 213 76 73


“İdxaldan asılılığın azaldılması və yerli istehsala dəstək məqsədilə Azərbaycan İnvestisiya Şirkəti (AIC_OJSC) tərəfindən “Diamed Development Group” MMC-yə 766 min manat investisiya yatırılıb”.

BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında paylaşım edib.

Nazir paylaşımında yeni iş yerlərinin yaradılacağını da diqqətə çatdırıb:

“İllik istehsal gücü 20 mln. ədəd infuzion və dializ məhsulları olan zavodda 100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur”.

BAKU.WS