SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Mərkəzi Bankının (AMB) "İnzibati departament"inin adı "İnzibati və satınalmalar departamenti"nə dəyişdirilib.

BAKU.WS xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Bundan başqa, həmin departamentə rəhbərlik edən Murad İsgəndərli vəzifəsindən azad edilib, onun yerinə Fərhad Vəliyev təyin olunub.

Yeni direktor bundan əvvəl AMB-nin sədrinin müşaviri işləyib. O, tənzimləyici quruma "PAŞA Bank" ASC-dən gətirilib.

BAKU.WS