Azərbaycan Mərkəzi Bankında kadr dəyişikliyi olub

05
avq
2022
09:25
Azərbaycan Mərkəzi Bankının (AMB) "İnzibati departament"inin adı "İnzibati və satınalmalar departamenti"nə dəyişdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Bundan başqa, həmin departamentə rəhbərlik edən Murad İsgəndərli vəzifəsindən azad edilib, onun yerinə Fərhad Vəliyev təyin olunub.
Yeni direktor bundan əvvəl AMB-nin sədrinin müşaviri işləyib. O, tənzimləyici quruma "PAŞA Bank" ASC-dən gətirilib.
Oxşar xəbərlər
Cavid Quliyev “PAŞA Bank”ın İdarə Heyətinin sədri təyin edilib
Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ASC-nin İdarə Heyətinin tərkibində aparılmış dəyişikliklər qüvvəyə minib. BAKU.WS "Report"a istinad...