Rəşad Nəbiyev Çin səfiri ilə görüşüb

29
iyl
2021
22:13
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Çinin Azərbaycandakı səfiri Qo Minlə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə nazir məlumat paylaşıb.
"Çinin Azərbaycandakı səfiri xanım Qo Minlə görüşdük. Ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin, tranzit marşrutu üzrə hərəkət edən Çin-Avropa yük ekspresinin effektivliyinin artırılması, nəqliyyat sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi məsələlərini müzakirə etdik", - deyə nazir vurğulayıb.
Oxşar xəbərlər
“Bakutel 2018” sərgisi öz işinə başladı (FOTO)
Bu gün Bakıda “Bakutel 2018”- 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi-Konfransı öz işinə başlayıb. BAKU.WS xəbə...
