"AzeriCard” prosessinq mərkəzi və "Ziraat Bank Azərbaycan” ASC arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb.
BAKU.WS-in məlumatına görə, müqavilə çərçivəsində "Ziraat Bank Azərbaycan” ASC-yə "AzeriCard” tərəfindən prossesinq xidmətlərinin göstərilməsi planlaşdırılır.
Tezliklə tərəflər bankın kart infrastrukturunun yaradılması istiqamətində aktiv işlər görməyə başlayacaqlar.
Beləliklə, "Ziraat Bank Azərbaycan” ASC, 2015-ci ilin ilk 6 ay ərzində "AzeriCard” prosessinq sisteminə qoşulan üçüncü bank oldu və "AzeriCard” prosessinq sistemində xidmət olunan bankların sayı 34 çatıb.
ŞAHİN Həbibov
BAKU.WS