SİZİN REKLAM BURADA!
055 213 76 73



Mayın 4-dən etibarən ölkəyə gətirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi elektron bəyanetmə sistemi vasitəsilə həyata keçiriləcək. 

Bu barədə BAKU.WS-ə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, bu, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırılması məqsədilə həyata keçiriləcək.

Xüsusilə diqqətə çatdırılır ki, bəyannaməçi təqdim etdiyi sənədlərin və təqdim olunmuş sənədlər əsasında gömrük bəyannaməsinin düzgün tərtib olunmasına görə gömrük qanunvericiliyinə əsasən birbaşa məsuliyyət daşıyır. 

Elektron bəyannamə "Elektron imza” ilə imzalanıb gömrük orqanına göndərilərək gömrük orqanları tərəfindən qəbul edilməsi təsdiq olunduqdan sonra hüquqi əhəmiyyətə malik sənəd sayılır və həmin bəyannamələrdə hər hansı bir məlumatın dəyişdirilməsi yolverilməzdir. 
  
Bu səbəbdən təqdim edilmiş bəyannamədə buraxılmış hər hansı bir səhv gömrük orqanları tərəfindən ciddi tədqiq olunaraq, gömrük işi sahəsində hüquqpozma faktının müəyyən edilməsi məqsədilə xüsusi araşdırmalara göndəriləcəkdir. 
 
BAKU.WS