VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Mərkəzi Bankdan sonra Maliyyə Bazarlarına Nəzarət Palatası da dollar ilə kredit götürənlərə "bəd xəbər” verdi: kompensasiya gözlənilmir. Hal-hazırda kreditlərin məbləğinin 19.7 milyard manat olduğunu və ümumi kredit portfelində xarici valyutaların payını nəzərə alsaq söhbət ikinci devalvasiyadan sonra yaranan 3.5 milyard manatlıq fərqdən gedir".
 
BAKU.WS-in məlumatına görə, bunu iqtisadçi Vüqar Bayramov söyləyib. Onun sözlərinə görə, həm Mərkəzi Bank, həm Palata bu fərqin banklar ilə vətəndaşlar tərəfindən qarşılacağını güman edir. Banklar heç bir güzəştə getmək istəmir və praktik olaraq getmirlər:
 
"Müştərilərin heç də hamısı isə belə böyük fərqi qarşılamaq imkanlarına malik deyil. Nəzərə almaq lazımdır ki, 2015-ci ilin il əvvəlində10 min dollar kredit götürən şəxsə bank 7800 manat veribsə indi əsas məbləğ faizlər hesablanmadan 15 min manat olub. 10 min dollarlıq kredit üzrə yalnız əsas məbləğdə 7200 manat fərq var. Deməli, il yarım öncə 7800 manat kredit götürən şəxs faizlər ilə birlikdə banka 20 min manatdan çox pul ödəməlidir. Məncə, bu rəqəmlərin müzakirəsi artıq bütün reallıqları göstərir: 10 min dollara görə əsas məbləğdən başqa 12 200 manat əlavə pul. Aydın görünür ki, dövlətin dəstəyi olmadan bu kreditlrin qaytarılacağı inandırıcı görsənmir".

İqtisadçının fikrincə, bir sıra kredit kateqoriyaları üzrə kompensasiya həyata keçirən Qırğızstan və Qazaxıstan təcrübəsindən Mərkəzi Bank yararlanmaq istəməsə də 2008-ci il qlobal maliyyə böhranı dövrü 1 tirlyon dollar həcmində stimullaşdırıc paket reallaşdıran ABŞ nümunəsinə müraciət edə bilər: "Maraqlıdır, orta aylıq əmək haqqı 4 min dollar olan ABŞ-da kreditlərin qaytarılması üçün hökumət stimullaşdırıcı tədbirlər həyata keçirirsə orta aylıq əmək haqqı 330 dollar olan Azərbaycanda niyə kompensasiya verilməsin?"
 
BAKU.WS