Qumar oyunlarını reklam edən tiktokerlər saxlanıldı

Qumar oyunlarını reklam edən tiktokerlər saxlanıldı
Video
Hadisə 479

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qanunsuz qumar oyunlarını reklam edən şəxslərə qarşı tədbir keçirib.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, agentliyin haqsız Rəqabət və Reklam Qanunvericiliyinə Nəzarət Şöbəsinin əməkdaşları ilə birgə ölkə ərazisində qadağan olunan onlayn qumar oyunlarının "Instagram", "TikTok" və digər sosial şəbəkə platformalarında yüksək izləyici sayına malik hesablarda reklam olunmasına qarşı keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində influenserlər, yəni sosial mediada aktiv olan bir sıra şəxslər tərəfindən qanunsuz qumar və mərc oyunlarının reklamının həyata keçirildiyi, həmin hesabların təbliğinə yönələn kontentlərin yayımlandığı aşkarlanıb.

Bununla əlaqədar qanunsuz qumar və mərc oyunlarını öz səhifələrində reklam edən 17 nəfər kiberpolis tərəfindən müəyyən olunaraq Baş İdarəyə gətirilib. Həmin şəxslər barəsində qanunauyğun tədbir görülüb.

"Bir daha sosial şəbəkə istifadəçilərini, bu platformalardan aktiv olan şəxslərə xəbərdarlıq edərək bildiririk ki, qeyri-qanuni qumar və mərc oyunlarının yayımını stimullaşdırmaq, eləcə də reklam etmək qanun pozuntusu hesab edilir. Bu əmələ yol verən şəxslər barəsində müvafiq qanunvericiliyə uyğun ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur", - DİN-in müraciətində bildirilib.

Son xəbərlər