Şahbaz Şərif: Prezident İlham Əliyevlə görüşməkdən şərəf və məmnunluq duydum
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün gözəl Bakı şəhərində feldmarşal feldmarşal Səid Asim Munirilə birlikdə əziz qardaşım Prezident İlham Əliyevlə görüşməkdən şərəf və məmnunluq duydum.
Bunu noyabrın 7-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə dair "X" sosial şəbəkəsində paylaşım edən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif yazıb.
"Azərbaycanın Qələbə Günü münasibətilə ölkə rəhbərliyini, xalqını və hökumətini səmimi qəlbdən təbrik etdim və sabahkı möhtəşəm paradı səbirsizliklə gözləyirəm.
Həmçinin ölkələrimiz arasında dərin köklərə malik qardaşlıq münasibətlərini nəzərdən keçirdik və ticarət, enerji, əlaqəlilik və müdafiə sahələrində əməkdaşlığın daha da genişləndirilməsi barədə razılığa gəldik.
Yaşasın Pakistan-Azərbaycan qardaşlığı!", - o qeyd edib.
Oxşar xəbərlər
Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman
Prezident İlham Əliyev "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsəl...