Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Yanvarın 1-dən...

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Yanvarın 1-dən...
Açıqlama
Sosial 123

"Bazarda həddən artıq hibrid avtomobillərin qiymətinin aşağı olması, onlara tələbatın çoxalmasına və digər bazar iştirakçılarının sıradan çıxmasına səbəb olurdu. İndiki halda bazarda müəyyən balansın yaradılması istiqamətində addımlar atılır".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

AQC sədri əlavə edib ki, yeni qərarlar qiymətlərin artımına və balans yaranmasına təsir göstərəcək:

"Qiymət artımı rüsumlarla əlaqədardır. Bazar tələbi buna təsir göstərir və bunlar bir-birini balanslaşdırır. Yəni elə avtomobil növü var ki, ona bazar tələbi çoxdur və mövcud dəyişikliklər həmin rüsumların artırılması və yaxud da rüsumdan azad edilmənin ləğv olunması həmin avtomobillərin daha çox tələb olunmasının qarşısında müəyyən qədər maneə yaradacaq.

Gələn ildən etibarən avtomobillərin qiymətində bahalaşma olacaq. Amma düşünürəm ki, hökumətin preventiv tədbirləri və o cümlədən iqtisadi inkişafımızın davamlı olması və istehsal istiqamətində ölkə iqtisadiyyatının daha çox təmərküzləşməsi, bu problemlərin aradan qaldırılması üçün iqtisadi gücümüzü artıracaq. Ölkə iqtisadiyyatının açar rolunu devalvasiya oynaya bilər və hökumətin bu istiqamətdə hansı mövqe tutması həlledici əhəmiyyət daşıyır".

Orxan Hüseyn

Son xəbərlər