SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiya prezidenti Vladimir Putinin illik gəlirləri açıqlanıb. BAKU.WS xəbər verir ki, bu baradə Kremlin saytında bu gün dərc edilən "gəlir hesabatı"nda qeyd olunub. Ölkədə iqtisadi böhran yaşansa da, əvvəlki illə müqyisədə prezidentin gəlirləri artıb.
 
2014-cü ilə nisbətən prezidentin illik gəlirləri 1.23 milyon rubl (28 min 290 manat) artaraq 8.89 milyon rubl (204 min 470 manat) olub. Hesabatda qeyd edilir ki, ölkə başçısının tabeliyində olan əmlak siyahısında heç bir dəyişiklik olmayıb.

Əvvəlki, illərdə olduğu kimi prezidentin QAZ M-21, QAZ M-21P və VAZ "Niva" avtomobilləri, eyni zamanda "Skif" avtomobil yedəyinin olduğu göstərilib. Həmçinin Putin sahəsi 18 kvadrat metrlik qaraja, 77 kvadratmetrlik mənzilə və 1500 kvadratmetrlik torpaq sahəsinə sahibdir. Prezidentin istifadəsində daha bir qaraj və 153.7 kvadrat metr sahəsi olan mənzil də var.

Baş naziri Dmitri Medvedyevin isə illik gəlirləri 700 min rubl (16 min manat) artaraq 8.78 milyon rubl (202 min manat) civarında hesablanıb. Baş nazirin Avtoparkı da dəyişilməz qalıb. Əvvəllər olduğu kimi, o, QAZ-20 və QAZ-21 avtomobilinə, onun həyat yoldaşı Svetlana isə Volkswagen Golf avtomobilinin sahibidir.

Bundan başqa, Medvedevin sahəsi 367.8 kvadrat metr olan mənzili, həyat yoldaşının isə iki avto dayacanağı var. Baş nazirin icarəsində sahəsi 4.7 min kvadrat metr olan torpaq sahəsi var.
 
Prezidentin mətbuat katibi Dmitri Peskovun gəliri isə 36,7 milyon rubl (təxminən 552 min dollar) olub. Onun mülkiyyətdə iki mənzil, daha bir mənzilin yarısı, iki torpaq sahəsi və yaşayış evi var. Bundan başqa, Rusiya prezidentinin mətbuat katibində "Toyota Land Cruiser 200” avtomobili var.
 
Peskovun xanımı Tatyana Navka isə 2015-ci 89 milyon rubl (təxminən 1 milyon 400 min dollar) qazanıb.
 
BAKU.WS