Kriştiano Ronaldo evləndi

Kriştiano Ronaldo evləndi
Foto
İdman 292

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo və sevgilisi, model Corcina Rodrigez rəsmi nikaha daxil olublar.

BAKU.WS xəbər verir ki, 41 yaşlı portuqaliyalı futbolçu və 32 yaşlı model avqustun 11-də Portuqaliyanın Kaşkayş şəhərində keçirilən nikah mərasimində ailə qurublar.

Məlumata görə, mərasim olduqca özəl və səmimi şəraitdə baş tutub. Tədbirdə cütlüyün beş övladı da iştirak edib.

Ronaldo sosial media hesabında həyat yoldaşı ilə birlikdə əllərinin və toy üzüklərinin göründüyü foto paylaşaraq paylaşıb.

Kriştiano Ronaldo evləndi

Xatırlaq ki, cütlük 2017-ci ildən münasibətdədir. Onlar 2025-ci il avqustun 11-də nişanlandıqlarını açıqlamışdılar. Rodrigez həmin vaxt İnstaqramda əlindəki iri, oval formalı brilyant üzüyün fotosunu paylaşaraq ispan dilində "Sí, quiero. En esta y en todas mis vidas" yazmışdı. Bu ifadə "Bəli, razıyam. Bu və bütün həyatlarımdа" mənasını verir.

Kriştiano Ronaldo və Corcina Rodrigezin beş övladı var. Onların əkizləri Eva Mariya və Mateo 9, qızları Alana 8, Bella isə 4 yaşındadır. Ronaldonun əvvəlki münasibətindən olan 16 yaşlı oğlu Kriştiano Ronaldo Jr. da ailənin üzvüdür.

Kriştiano Ronaldo evləndi

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər