Türkiyədə meyiti tapılan iş adamı "Beniz"in keçmiş həyat yoldaşı imiş

Türkiyədə meyiti tapılan iş adamı Benizin keçmiş həyat yoldaşı imiş
Foto
Hadisə 68

İki gün öncə Türkiyənin İstanbul şəhərinin Qaziosmanpaşa rayonunda yaşayış binasında cəsədi tapılan Rövşən Zeynalovla bağlı bəzi detallar üzə çıxıb.

BAKU.WS "Unikal"a istinadla xəbər verir ki, 1977-ci il təvəllüdlü Rövşən Zeynalovun nəşi ailəsinə təhvil verilib.

Əslən Qubadlı rayonundan olan Rövşən Zeynalov Türkiyədə iş adamı olub və ayaqqabı biznesi ilə məşğul olub.

Digər məlumata görə, azərbaycanlı iş adamı "Bəniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın həyat yoldaşı olub. Onların bu evlilikdən Mətin adlı övladları var.

Qeyd edək ki, tiktoker "Beniz" 10 il 3 ay müddətində azadlıqdan məhrum edilib. Buna səbəb tiktoker barəsində sevgilisi X.Kərimov tərəfindən Suraxanı Rayon Polis İdarəsinə edilən şikayət olub. Hüquq-mühafizə orqanları tərəfindən "Beniz" barəsində Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Türkiyədə meyiti tapılan iş adamı

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda narkoşəbəkə ifşa edildi

Bakıda narkoşəbəkə ifşa edildi

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi 46 kq narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb. DİN-dən BAKU.WS-ə bildirilib ki, Qaradağ və Suraxanı rayonlarınd...

30 Hadisə 09:00 12 avqust 2026

Son xəbərlər