Zelenskinin "Qələbə planı"nın təfərrüatları AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın "Qələbə planı"nda Rusiyanın dərinliyinə uzaqmənzilli raketlərlə zərbə endirmək var.
BAKU.WS xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "The Wall Street Journal" (WSJ) qəzetinə müsahibəsində bildirib.
O əlavə edib ki, "Qələbə planı"nda Kiyevin hərbi, iqtisadi, siyasi və diplomatik addımlarını əks etdirən ətraflı strategiya var.
Mixail Podolyak qeyd edib ki, planda xeyli sayda uzaq mənzilli raketlərin, o cümlədən ATACMS və "Storm Shadow" raketlərinin tədarükü və həmin silahlarla Rusiyaya zərbə endirməyə icazə verilməsi öz əksini tapıb.
"Ukraynaya əlavə dəstək olmasa, münaqişə illərlə davam edəcək və bu da Qərb ölkələrinin nüfuzuna zərbə vuracaq",-deyə Podolyak vurğulayıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...