Zelenski Ukraynada genişmiqyaslı kadr islahatlarına start verir
Ukraynada yenilənmiş siyasi strategiyanın həyata keçirilməsi çərçivəsində hökumətdə və dövlət idarəetməsində kadr dəyişikliklərinə başlanılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında paylaşım edib.
Prezident bildirib ki, ölkənin xarici siyasət kursunda prioritet istiqamətlər üzrə liderlər səviyyəsində əldə olunan razılaşmaların icrasını təmin etmək üçün böyük təcrübəyə malik şəxslər məsul olacaq.
Zelenskinin sözlərinə görə, siyasi strategiyadakı yeniliklər təkcə xarici siyasətlə məhdudlaşmayacaq, daxili idarəetməyə də təsir göstərəcək.
O qeyd edib ki, bu məqsədlə Nazirlər Kabinetinin yenilənməsi zəruri hesab olunur. Prezident bildirib ki, məsələni Baş nazir Yuliya Sviridenko ilə müzakirə edib və hökumətin tərkibində dəyişikliklərin aparılması barədə ortaq qərara gəliblər.
Zelenski Yuliya Sviridenkonun Baş nazir kimi fəaliyyətini yüksək qiymətləndirərək, ona Ukraynanın əsas tərəfdaşlarından biri ilə münasibətlər üzrə yeni mühüm istiqamətə rəhbərlik etməyi təklif etdiyini açıqlayıb.
Ukrayna lideri, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərliyində də dəyişikliklərin planlaşdırıldığını bildirib. Bununla bağlı əlavə detallar isə hələlik açıqlanmayıb.
Oxşar xəbərlər
İranda ABŞ senatoru Lindsi Qrahamın ölüm xəbəri efirdə sevinclə qarşılanıb
ABŞ-nin respublikaçı senatoru Lindsi Qrahamın vəfatı ilə bağlı xəbərin İran dövlət televiziyasında sevinclə təqdim olunması diqqət çəkib. BAKU.WS xarici mediaya...