Zelenski Ukraynada Avropa kontingentinin yerləşdirilməsi ilə bağlı ilk təfərrüatları açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa kontingentinin ölkəyə yerləşdirilməsinin ilk təfərrüatlarından danışıb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna lideri öz Telegram kanalında paylaşım edib.
"Təhlükəsizlik kontingentinin necə yerləşdirilə biləcəyi ilə bağlı ilkin təfərrüatlar var", - o qeyd edib.
Zelenski Ukrayna tərəfinin tərəfdaş ölkələrin müdafiə qərargah rəisləri ilə bu məsələlərin müzakirə olunduğu görüşdən foto paylaşıb.
"Biz Ukraynada təhlükəsizlik təminatları üçün səylər göstəririk. Bu işdə bizə kömək edən bütün ölkələrə minnətdaram. Məhz bu cür birgə iş Ukraynada etibarlı və uzunmüddətli sülhü yaxınlaşdırmağa kömək edir", - o, əlavə edib.
Oxşar xəbərlər
İranda casusluqda şübhəli bilinən 30 nəfər saxlanılıb
İran hakimiyyəti Həmədan, Loristan və Kirman əyalətlərində İsrail və ABŞ xüsusi xidmət orqanlarına məlumat ötürməkdə şübhəli bilinən 30 nəfərin saxlanıldığını a...